"ABŞ-ın rüsumlarına cavabımız Avropa bazarının birliyini gücləndirmək olmalıdır"
ABŞ-ın ticarət tariflərinə cavab olaraq, Avropa İttifaqı (Aİ) Avropa Komissiyası tərəfindən tənzimlənən daxili bazarını inkişaf etdirəcək. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
"ABŞ-ın rüsumlarına cavabımız Avropa bazarının birliyini gücləndirmək olmalıdır", deyə Leyen qeyd edib.
O həmçinin vurğulayıb ki, Aİ ABŞ-la qarşıdurmaya başlamayıb: “Lakin Aİ daxili bazarını qorumaq üçün bütün imkanlara malikdir. Bu vəziyyət danışıqlar yolu ilə həll edilə bilməsə, AK ABŞ-a qarşı sərt cavab tədbirləri tətbiq edəcək”.