Lavrov: “Rutte gülünc və pafoslu şəxsdir”

Dünya

26.03.2025 - 13:42

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya XİN başçısı NATO baş katibini Qrenlandiya və Ukrayna ilə bağlı ikili standartlara görə ələ salıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Birinci Kanal”a müsahibəsində NATO-nun baş katibi Mark Rutteni “gülünc və pafoslu şəxs” adlandırıb.

AYNA.AZ xəbər verir ki, nazir Ruttenin Amerika lideri Donald Trampa NATO-nu Qrenlandiya məsələsinə cəlb etməmək xahişini belə şərh edib.

"Nə oldu? Hazırda Qrenlandiyaya sahib olan Danimarkadır. Alyans üzv ölkələrin mənafeyini qorumaq, bloka daxil olan dövlətlərin ərazi bütövlüyünün pozulmasına imkan verməmək məcburiyyətindədir. Lakin bunu etməli olan şəxs Qrenlandiya haqda danışmaq belə istəmir", - nazir bildirib.

Lavrov həmçinin qeyd edib ki, Rutte tələb edir ki, “heç kim bir barmağı ilə Ukraynanın ərazi bütövlüyünü pozmağa” cəsarət etməsin: “Bu ikili standart gülüncdür. Ruttenin dedikləri pafosdur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş