Kanala düşmüş şəxsin meyiti tapılıb

Hadisə

05.12.2019 - 17:33

Meyit tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

 

Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.

 

AYNA-ya Fövqəladə hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Xatırladaq ki, bu gün Ağdaş rayonunda 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat verilmişdi. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdu.

Müəllif: Ayna.az