Kallas sabah Azərbaycana gələcək

Xəbərlər

04.05.2026 - 14:10

Avropa diplomatiyasının rəhbəri rəsmi şəxslərlə görüşlər keçirəcək

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindən bildirilib.

Qeyd olunub ki, səfər mayın 5-də baş tutacaq.

Kallas səfər çərçivəsində bir sıra ikitərəfli, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş