“İranın “RAF Fairford”a hücum hazırlıqlarında iştirak edib-etmədiyini söyləmək tezdir”

Dünya

28.09.2026 - 18:02

Nazir: "Bu insanların mümkün motivləri barədə fərziyyə irəli sürmək mənim üçün həqiqətən ağılsızlıq olardı"

“İranın “RAF Fairford”a hücum hazırlıqlarında iştirak edib-etmədiyini söyləmək hələ tezdir”. AYNA.AZ “Sky News”a istinadən bildirir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq deyib.

"Bu insanların mümkün motivləri barədə fərziyyə irəli sürmək mənim üçün həqiqətən ağılsızlıq olardı", - deyə nazir bildirib.

Milli təhlükəsizlik səbəblərinə görə Stritinq şübhəlilərin şəxsiyyəti və ya hücumun motivləri barədə əlavə məlumat verməkdən imtina edib.

O, hakimiyyət orqanlarının ictimaiyyəti daha sonra məlumatlandıracağını deyib.

Nazir istintaqın davam etdiyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş