İnstaqramda yeni funksiya yaradılıb

Maraqlı

19.01.2022 - 08:38

Yeni funksiya “Apple” telefonlarında avatar yaratmağa imkan verir

İnstaqram sosial şəbəkəsində avatarlarla bağlı yeni funksiya yaradılıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, əvvəllər avatarlar yalnız platformanın bəzi istifadəçiləri üçün əlçatan idi.

Yeni funksiya “Apple” telefonlarında “memoji” kimi fərdiləşdirilmiş avatar yaratmağa imkan verir. Avatarı aktivləşdirmək və fərdiləşdirmək üçün profil bölümünə keçməli, parametrləri seçməli, akkaunta keçib "avatarlar"ı seçmək lazımdır. Bundan sonra personajın xarici görkəmini, gözlərin, saçın, paltarın rəngini seçmək tələb olunur.

Quraşdırma tamamlandıqdan sonra hekayələri yükləyərkən istifadəçi stikerlər bölməsində onu seçərək öz avatarını əlavə edə biləcək.

Müəllif: Ayna.az