"İnsan nə qədər darıxmalıdır ki, yerli televiziyalara baxsın?!"

Maraqlı

07.09.2019 - 16:50

Həkimlər Klinikalar SEO Xidməti

Hiss eləyirəm ki, artıq yoldaşım bezib. Yoox, onu əsəbləşdirib qışqırtmamış əl çəkən deyiləm!

 

Neynim? Belə söhbəti kişilərin heç biri dilinə gətirmək istəmir, məcburam hamısını mən danışım. Vay o günə ki, həyat yoldaşınla şəhərə gəzməyə çıxasan, yaxud harasa qonaq gedəsi olasan. Sən, dərhal dızırıt-vızırıt üzünü qırxıb hazır olacaqsan. Sonra gözləyəcəksən ki, xanımın da hazırlaşsın. Biraz evdə oturub gözləyəcəksən. Yoldaşın hazırlaşmağa başlayacaq. Gözləyəcəksən. “Sən hazırlaşırsan?” Onu tələsdirmək mənasında soruşacaqsan. Cavab gəlməyəcək. Gözləməkdən bezməmək üçün söndürdüyün notbuku təzədən açacaqsan. Feyzbuka girib yalannan eşələnəcəksən.


Bir saat da belə keçəcək. Gözləməkdən usanacaqsan. Arxaya qanrılıb havaya yenə bir sual tullayacaqsan: “Sən hazırsan?” Cavab gəlməyəcək. Demək, iş hələ heç yarı olmayıb. Notbuku söndürüb televizoru açacaqsan. Reklamlar! Düşünəcəksən, gör, insan nə qədər darıxmalıdı ki, yerli televiziyalara baxsın! Tezcə bezib televizoru da söndürəcəksən.

Ayna.az