İngiltərə Premyer Liqasında yeni mövsümün start vaxtı açıqlanıb

İdman

24.07.2020 - 22:11

Hazırkı mövsüm iyulun 26-da bitəcək

 

Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti mövsümün başlayacağı tarix bəlli olub. AYNA yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 2020/2021 mövsümü sentyabrın 12-də start götürəcək.

 

Çempionata gələn il mayın 23-də yekun vurulacaq.

 

Qeyd edək ki, hazırkı mövsüm iyulun 26-da bitəcək. Çempion adını 30 ildən sonra "Liverpul" qazanıb.

Müəllif: Ayna.az