İngiltərə iqtisadiyyatı kəskin böhrana məruz qalıb

Dünya

30.06.2020 - 20:19

Conatan Atov: “Mart ayında bütün əsas sektorlarda azalma qeydə alınıb"

 

İngiltərə iqtisadiyyatı bu ilin ilk rübündə 2,2 faiz eniş edib. AYNA xəbər verir ki, bu barədə İngiltərə Milli Statistika İdarəsinin (ONS) məlumatında qeyd edilib.

 

Məlumata görə, bu ilin ilk rübündə ölkə iqtisadiyyatı gözləntilərin əksinə olaraq 2,2 faiz böhrana məruz qalıb. 

 

ONS-un vitse-prezidenti Conatan Atov mövzu ilə bağlı fikirlərini bildirib: “Mart ayında bütün əsas sektorlarda azalma qeydə alındı. İstehlak xərclərinin kəskin azalması, ev təsərrüfatlarının artmasına səbəb oldu. Lakin son məlumatlara görə, ölkə iqtisadiyyatında 2,2 faiz yox, 6,9 faiz azalma qeydə alınıb”.

 

Qeyd edək ki, İngiltərə iqtisadiyyatının sonuncu dəfə 1979-cu ildə belə bir böhran keçirdiyi vurğulanıb.

Müəllif: Ayna.az