İlham Əliyev yazıçının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Qazaxstanın yazıçısı Oljas Süleymenovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. AYNA xəbər verir ki, bu barədə məlumat Prezidentin rəsmi saytında yerləşdirilib.
Sərəncama əsasən, O.Süleymanov Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə təltif olunub.