Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq

Cəmiyyət

23.04.2021 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

Müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır

 

Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq.

 

Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlərin nəticəsinə görə 23 aprel tarixində Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.

 

22 aprel tarixində isə gün ərzində tozla bağlı orta çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub.

 

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.


Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş