Hakim olmaq istəyənlər üçün tеst imtаhаnı keçirilib

Xəbərlər

05.11.2021 - 16:34

İmtahan kompüterlər vasitəsilə elektron qaydada təşkil olunub

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.

DİM-dən AYNA-ya verilən xəbərə görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim edilib.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 170 nəfərdən 1 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edən 169 namizəddən 93 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apelyasiya komissiyası 10-12 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

Müəllif: Ayna.az