Avtomobil yeniyetməni vuraraq öldürüb
Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, 2004-cü il təvəllüdlü İ.Həmidovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolu qarşı tərəfə keçən 2013-cü il təvəllüdlü Ə.Əsgərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.