Gənc pianoçunun solo konserti keçirildi - <font color=red> FOTO</font>

Mədəniyyət

23.10.2019 - 23:20

Əli Məmmədovun solo konserti tamaşaçıların marağına səbəb olub

 

Bu gün Bakı Musiqi Akademiyasında gənc pianoçu Əli Məmmədovun solo konserti keçirilib. AYNA xəbər verir ki, əvvəlcə gənc pianoçu haqqında qısa məlumat qonaqların diqqətinə çatdırılıb. Daha sonra konsert proqramına start verilib. Əsasən klassik əsərlərin səsləndiyi konsert proqramında bir-birindən dəyərli nümunələr nümayiş olunub. 

 

Konsertə İohann Sebastyan Baxın "Prelüd və Fuqa" əsəri ilə başlayan Ə.Məmmədov Lüdviq Van Bethovenin "10-cu sonata" əsəri ilə proqrama davam edib. Daha sonra Şopenin "8 Prelüd" və Aleksandr Skryabinin "10 prelüd" əsərləri təqdim olunub.

 

Tamaşaçıların marağına səbəb olan proqrama eyni tempdə yekun vurulub. 

 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının "Manhattan School of Music" məktəbində təhsil alan Əli Məmmədov Prezident təqaüdçüsü və Beynəlxalq müsaqibələr laureatıdır.

 

Müəllif: Mərahim Nəsib