Fransa sığınacaq üçün müraciətlərin sayına görə Almaniyanı geridə qoyub

Dünya

17.04.2025 - 16:27

Həkimlər Klinikalar SEO Xidməti

Fransa beş ildə ilk dəfə bu siyahıya başçılıq edir

Almaniyanın miqrasiya siyasətinin sərtləşdirilməsi fonunda Fransa fevral ayında sığınacaq müraciətlərinin sayına görə Almaniyanı geridə qoyub. AYNA.AZ xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Avropa Statistika Agentliyinin (Eurostat) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, fevral ayında Fransa 13 mindən çox sığınacaq müraciəti qeydə alaraq İspaniyanı (12,9 min) və Almaniyanı (12,7 min) geridə qoyub. “Eurostat” hesabatından belə çıxır ki, ən az müraciətlər Lixtenşteyn (5), Monteneqro (10) və Macarıstanda (10) qeydə alınıb.

Nəşr qeyd edir ki, Fransa beş ildə ilk dəfə bu siyahıya başçılıq edir. Eyni zamanda, Fransa ərazisində rəsmi status almaq istəyən miqrantların sayı son aylarda sabit qalıb və min nəfər civarında dəyişir. Almaniyada müraciətlərin sayı isə əksinə, kəskin azalıb: bu ilin yanvarında bu rəqəm 16,6 min nəfər olub.

Yanvarın 29-da Almaniya hökuməti CDU/CSU fraksiyasının miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı qətnaməsini qəbul edib və bu qətnamə “Almaniya üçün Alternativ” Partiyası tərəfindən dəstəklənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş