Ermənistanda dövlət sirri ilə bağlı yeni qərar

Dünya

15.11.2024 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

Xarici Kəşfiyyat Xidməti dövlət sirlərinə girişin verilməsinə cavabdeh olacaq

Ermənistanın Xarici Kəşfiyyat Xidməti dövlət sirri olan məlumatların əldə edilməsinə icazələrin verilməsinə cavabdeh olacaq. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.

Xidmət məxfilik rejimini qorumaq üçün nəzarəti əlaqələndirəcək.

Xidmət nümayəndələrinin məxfi məlumatlara çıxış əldə etmiş şəxslərə dair şübhələri varsa, onlar əlavə yoxlama hüququna malik olacaqlar.

Qeyd edək ki, Xarici Kəşfiyyat Xidməti 2022-ci ilin dekabrında Milli Təhlükəsizlik Xidmətindən ayrılıb və onun rəhbəri vəzifəsinə Kristine Qriqoryan (Ermənistanın keçmiş ombudsmanı) təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş