Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Baş nazir Nikol Paşinyanın mətbuat katibi Melanya Arutyunyan deyib.
Kristine Qriqoryanın bu axşam Ermənistana geri dönəcəyi gözlənilir.
Qeyd edək ki, qlobal təhlükəsizliklə bağlı IV Bakı Təhlükəsizlik Forumu başlayıb.