Ermənilər Qubadlı-Laçın istiqamətindəki mövqelərindən qaçdı - <font color=red> RƏSMİ</font>

Aktual

06.11.2020 - 13:56

Düşmənin 556-cı və 522-ci motoatıcı alaylarının bölmələri onlara tapşırılan hədlərə çıxmayıb

 

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

 

Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

Müəllif: Ayna.az