Əfqanıstanda Azərbaycanın səfirliyi açılacaq

Xəbərlər

30.12.2020 - 11:54

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisdə qanun müzakirəyə çıxarıldı

 

Milli Məclisin payız sessiyasının bu gün keçirilən sonuncu iclasında “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

 

AYNA-nın xəbərinə görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihə haqqında məlumat verib.

 

Komitə sədri xatırladıb ki, bir neçə gün öncə Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib: “Əfqanıstan Azərbaycan üçün mühüm tərəfdaşdır. Prezidentin qeyd etdiyi kimi, qardaş Əfqanıstan xalqı müharibədən əvvəl və müharibə dövründə bizi dəstəkləyib”.

 

“Əfqanıstanla əlaqələr bu gün olduqca vacibdir. Beynəlxalq səviyyədə, o cümlədən islam dünyası ilə əlaqələrin qurulması üçün bu gün bu qanun layihəsinin qəbulu olduqca stratejidir. Belə bir səfirliyin açılması Azərbaycanın milli maraqlarına tam uyğundur”, - deyə S.Seyidov vurğulayıb.

 

Müzakirə zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Əfqanıstanda səfirliyin açılmasının çox gözəl və düzgün addım olduğunu bildirib: “Təklif edirəm ki, Əfqanıstanla parlamentlərarası dostlq qrupu yaradılsın. Hesab edirəm ki, artıq Milli Məclisdə də Əfqanıstanla dostluq qrupu yaradılmalıdır və şəxsən mən özüm də həmin qrupa rəhbərlik etməyə hazıram”.

 

Müzakirələrdən sonra qanun səsverməyə çıxarılaraq təsdiqlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş