Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb

Xəbərlər

06.10.2020 - 02:07

cedabet dərman SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb

 

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd edilir ki, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

 

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş