Düşmən Ağdamın kəndlərini intensiv atəşə tutur

Xəbərlər

04.11.2020 - 11:09

Ordumuzun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür

 

Noyabrın 4-ü, saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.

Müəllif: Ayna.az