Dünya İqtisadi Forumunun iclası təxirə salınıb

Dünya

17.05.2021 - 22:26

Həkimlər Klinikalar SEO Xidməti

Növbəti xüsusi iclasın 2022-ci ilin birinci yarımilində keçirilməsi planlaşdırılır

 

17-20 avqustda Sinqapurda keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salınıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında deyilir:

 

“Təəssüf ki, fərqli bölgələrdə baş verən faciəli hallar, qeyri-müəyyən səyahət perspektivləri, fərqli peyvəndolma səviyyəsi dünyanın hər yerindən gələn iş adamları, hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə qlobal bir görüşün keçirilməsini mümkünsüz edir”.

 

Növbəti xüsusi iclasın 2022-ci ilin birinci yarımilində keçirilməsi planlaşdırılır. Yer və tarix bu yay vəziyyətin qiymətləndirilməsinə əsasən müəyyənləşdiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş