Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası təsdiqlənib

Xəbərlər

21.08.2020 - 19:58

cedabet dərman SEO Xidməti

Akademik Möhsün Nağısoylu Şuranın sədri olub

 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası təsdiq edilib. AYNA-nın xəbərinə görə, bununla bağlı müvafiq sərəncamı Baş Nazir Əli Əsədov imzalayıb.

 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

 

Şuranın sədri:

 

Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

 

Şuranın üzvləri:

 

Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri

 

Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

 

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik

 

Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor

 

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş