Deputat: “Bizim hökumət iki müzakirənin nəticələrini gözləyir”

Siyasət

11.10.2020 - 14:51

Erkin Qədirli: “Azərbaycan sonrakı gedişata görə bütün məsuliyyətin Ermənistan tərəfində olacağını göstərməyə çalışır”

 

“Biz tərəfdən atəşkəsin 72 saat sürəcəyi ilə bağlı söhbətin haradan qaynaqlandığını, nə üçün açıldığını, doğru olub-olmadığını bilmirəm. Hər halda bu haqda danışanlar və yazanlar var. Amma niyə məhz 72 saat olduğunu güman edə bilərəm”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Respublikaçı Alternativ Partiyanın (ReAl) Sioyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli deyib.

 

Millət vəkili bildirib ki, sabah, AŞPA-nın Daimi Komitəsində Ermənistanla Azərbaycan arasında gedən döyüşlərin bölgə üçün təhlükələri müzakirə olunacaq: “Sabah həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri Moskvada görüşəcəklər. Ermənistanın Xarici İşlər naziri də orada olacaq. Bizim nazirlə həmsədrlər oktyabrın 8-də Cenevrədə görüşmüşdülər. Görünür, bizim hökumət bu iki müzakirənin nəticələrini gözləyir, bu günlərdə hücuma keçməməklə barışa hazır olduğunu, eyni zamanda da sonrakı gedişata görə bütün məsuliyyətin Ermənistan tərəfində olacağını göstərməyə çalışır”.

 

“Sabah da atəşkəs anlaşmasının 3-cü günüdür və onun tamamında 72 saatlıq müddət bitmiş olur. Ordumuza eşq olsun!”, - deyə Qədirli sonda qeyd edib.

Müəllif: Ayna.az