Bəzi deputatlar, Milli Məclis Aparatının əməkdaşları koronavirusa yoluxub
“Bizim də içərimizdə çoxlu sayda COVID-19-a yoluxanlar var. Milli Məclisin Aparatının əməkdaşları, deputatlar, texniki işçilər koronavirusa yoluxub”. AYNA “Report”a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
“Biz hamıya deyirik ki, özünüzü qoruyun. Ancaq burada müzakirələr aparırıq. Təklif edirəm ki, gündəlikdəki məsələləri səsverməyə çıxaraq”, - o bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu məsələ dekabrın 17-də komitə sədrlərinin iştirakı ilə keçirilən iclasda müzakirə edilib.