Daha bir nazir koronavirusa yoluxub

Dünya

04.05.2020 - 19:14

Haşim ibn Aufanın səhhəti stabildir

 

Sudanın nəqliyyat naziri Haşim ibn Aufa koronavirusa yoluxub. AYNA xarici mediaya istinadən xəbər verir ki, nazirin test cavabı müsbət çıxıb.

 

Onda virusun keçən həftə təsbit edildiyi qeyd olunub. Bildirilir ki, hazırda Haşim ibn Aufanın səhhəti stabildir.

 

Koronavirusa yoluxmasına baxmayaraq nazirin onlayn rejimdə fəaliyyətini davam etdirdiyi də gələn xəbərlər arasındadır.

 

Xatırladaq ki, Sudanda bu günə kimi 678 nəfər COVİD – 19-a yoluxub. Onlardan 61 nəfər sağalıb, 41 nəfər vəfat edib, qalanları müalicəsini davam etdirirlər. 

Müəllif: Ayna.az