Tamaşa COP29 çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrı tərəfindən nümayiş ediləcək
N.V.Qoqolun eyniadlı əsərinin motivləri əsasında hazırlanmış "Şinel" tamaşası nümayiş ediləcək. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, tamaşa COP29 çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrı tərəfindən nümayiş ediləcək.
Səhnə əsəri 14 noyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında oynanılacaq.