Çində 3 yaşdan yuxarı uşaqların peyvəndlənməsinə başlanacaq

Dünya

18.08.2021 - 23:52

Həkimlər Klinikalar SEO Xidməti

17 yaşa qədər yeniyetmələrə peyvənd fövqəladə hallarda vurulacaq

 

Çin hökuməti yerli “Sinopharm” əczaçılıq şirkətinin yaratdığı preparatı üç yaşdan yuxarı uşaqlara yeni növ koronavirusa qarşı peyvənd kimi tətbiq etməyə başlayacaq.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə vaksin istehsalçısının saytında dərc olunmuş məlumatda deyilir.

 

17 yaşa qədər yeniyetmələrə peyvənd fövqəladə hallarda vurulacaq. Müvafiq qərar Çinin epidemioloji nəzarət orqanları tərəfindən verilib.

 

“Sinopharm” rəhbərliyinin bildirdiyinə görə, bu preparat vasitəsilə uşaqların peyvənd olunmasının effektivliyi 96,1%-dir. Vaksin tamamilə təhlükəsizdir, yalnız yüngül mənfi reaksiya olması mümkündür, heç bir ağırlaşma qeydə alınmayıb”, - məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş