Ceyhun Bayramov xorvat həmkarı ilə telefonla danışıb

Siyasət

15.12.2020 - 15:35

Həkimlər Klinikalar SEO Xidməti

İkitərəfli əməkdaşlıq münasibətləri müzakirə olunub

 

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç Radman ilə telefon danışığı baş tutub.

 

XİN-dən AYNA-ya verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib.

 

Nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

 

Nazirlər, habelə ikitərəfli əməkdaşlıq münasibətlərini, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş