Çətənə yetişdirən şəxslər saxlanılıblar

Xəbərlər

18.08.2021 - 14:38

Bərdə polisi “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış həyata keçirib

 

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəymədağıldı kənd sakini İlqar İsmayılov saxlanılıb.

 

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 15 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyyat zamanı narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən rayonun Qum kənd sakini Ramiz Süleymanov saxlanılıb.

 

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi iki kiloqrama yaxın olan çətənə kolları aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az