Cabarov: “Müharibədə Ermənistan özü rəsmi olaraq Qarabağı müdafiə etmədi”

Dünya

31.08.2026 - 16:53

"Ermənistanın Rusiyanı müttəfiq kimi tanımaqdan imtina etməsi, ölkəmizlə əl-ələ vermək istəməməsini haqlı çıxarmaq cəhdidir"

"Ermənistanın Rusiyanı müttəfiq kimi tanımaqdan imtina etməsi, ölkəmizlə əl-ələ vermək istəməməsini haqlı çıxarmaq cəhdidir". AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Qorunması və Rusiyanın Daxili İşlərinə Müdaxilənin Qarşısının Alınması Komitəsinin sədri Vladimir Cabarov deyib.

Qeyd edək ki, Ermənistan hökumətinin 2026-2031-ci illər proqramında artıq Rusiya strateji müttəfiq kimi göstərilməyib. Rəsmi İrəvan bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2021-2023-cü illərdə Qarabağda gərginlik zamanı təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi iddiası ilə əsaslandırır.

Cabarovun sözlərinə görə, “bu açıqlama Avropa İttifaqı (Aİ) ilə şübhəli əlaqələrin gücləndirilməsini və sonradan Avrasiya İqtisadi Birliyindən (AİB) mümkün çıxmasını haqlı çıxarmaq cəhdidir ki, bu da Ermənistan iqtisadiyyatına ciddi itkilər verər”. O bildirib ki, bu, səhvdir.

Cabarov öz “Telegram” kanalında yazır ki, “əslində İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın özü rəsmi olaraq Qarabağı müdafiə etməyib və bu münaqişə ilə bağlı KTMT-dən xüsusi olaraq kömək istəməyib”.

“Və rəsmi müraciət olmadan heç kim müdaxilə etməyəcəkdi. Məsələn, Qazaxıstan Prezidenti Tokayevin rəsmi olaraq kömək istədiyi 2022-ci ilin yanvar ayında Qazaxıstanda baş verən hadisələr zamanı yardım dərhal təmin edilib”, - deyə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş