Britaniyada son sutkada 10 minədək insanda koronavirus aşkarlanıb

Dünya

25.02.2021 - 04:28

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 9938 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 144 577 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 442 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 121 747 nəfərə çatıb.

Müəllif: Ayna.az