Britaniyada COVID-19 qurbanlarının sayı artıb

Dünya

06.06.2020 - 06:12

Koronavirusdan ölənlərin sayı artmaqda davam edir 

 

Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 357 nəfər artaraq 40 261-ə yüksəlib.

 

AYNA bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

 

Son 24 saat ərzində daha 1 650 nəfərdə koronavirus aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 283 311-ə çatıb.

Müəllif: Ayna.az