Braziliya və Ekvador millisi dünya çempionatında iştirakını təmin edib

İdman

11.06.2025 - 13:21

cedabet dərman SEO Xidməti

Hər iki yığma altıncı yerdən aşağı düşməyəcək ki, bu da birbaşa çempionata vəsiqə qazanmaq hüququ verir

Braziliya və Ekvador milli futbol komandaları 2026-cı il dünya çempionatında iştirakını təmin edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, turnirin seçmə qrup mərhələsinin 16-cı turunun oyununda Braziliya millisi evdə Paraqvay yığmasına 1:0 hesabı ilə qalib gəlib.

Ekvadorlular səfərdə Peru millisi ilə 0:0 bərabərə qalıb. Hər iki komandanın 25 xalı var və altıncı yerdən aşağı düşməyəcək ki, bu da birbaşa çempionata vəsiqə qazanmaq hüququ verir. Altıncı yeri 22 xalla çərşənbə gecəsi argentinalılarla 1:1 hesablı heç-heçə edən Kolumbiya millisi, yeddinci yeri isə 18 xalla XVI turda səfərdə uruqvaylılara uduzan (0:2) Venesuela komandası tutur.

Braziliya millisi beşqat dünya çempionudur. Komanda tarixdə bütün dünya çempionatlarında iştirak edib və bu nəticəni əldə edən yeganə komandadır. Qarşıdan gələn dünya çempionatı braziliyalılar üçün 23-cü olacaq. 2022-ci ildə Qətərdə keçirilən turnirdə Braziliya millisi 1/4 finala yüksəlib və burada xorvatlara penaltilər seriyasında məğlub olub.

Braziliya millisi mayın 12-də təyinatı açıqlanan italiyalı Karlo Ançelottinin rəhbərliyi altında ilk qələbəsini qazanıb. İtalyanla müqavilə 2026-cı il dünya çempionatının sonuna kimi hesablanıb. Mütəxəssisin rəhbərliyi altında ilk oyunda braziliyalılar Ekvador komandası ilə səfərdə heç-heçə oynayıb (0:0). 2021-ci ildən italyan İspaniya “Real”ını çalışdırır. Ançelotti Braziliya millisinin tarixində ikinci əcnəbi məşqçi olub.

Ekvador millisi tarixdə 5-ci dəfə mundialda iştirak edəcək, komandanın ən yaxşı nəticəsi 2006-cı ildə 1/8 finala yüksəlməsidir. Qətərdə keçirilən dünya çempionatında komanda qrup mərhələsində üçüncü yeri tutaraq pley-offa yüksələ bilməyib.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Daha əvvəl İran, Yaponiya, Yeni Zelandiya, Argentina, Cənubi Koreya, Özbəkistan, İordaniya və Avstraliya komandaları turnirə vəsiqə qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş