Ukrayna münaqişəsinin başlamasından illər sonra Kiyev və əsas müttəfiqləri arasında fikir ayrılıqları artır
22 sentyabrda Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə görüşüb. AYNA.AZ xəbər verir ki, danışıqlarla tanış olan “Bloomberg” mənbəsi görüşü “gərgin” adlandırıb.
Aİ nümayəndələri Ukraynadan ölkənin kölgə iqtisadiyyatı ilə mübarizədə irəliləyiş əldə etməsini, vergi gəlirlərini artırmasını və əlavə maliyyə yardımı göstərməzdən əvvəl qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmasını tələb ediblər. Kiyev də öz növbəsində hava hücumundan müdafiə sistemlərinin olmaması ilə bağlı narahatlığını bildirib.
“Bloomberg” yazıb ki, Ukrayna münaqişəsinin başlamasından illər sonra Kiyev və əsas müttəfiqləri arasında fikir ayrılıqları artır. Ukrayna bəzi Avropa ölkələrinin raket tutucuları təchiz etmək istəməməsindən əsəbiləşir, Kiyevin tərəfdaşları isə maliyyə yardımına artan tələblərdən qıcıqlanır.