Xəstəliyə yoluxmuş 130 nəfər vəfat edib
Belçikada yeni növ koronavirusa yoluxanların sayı son 24 saatda 513 nəfər artarak, 49 min 32-ə yüksəlib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Belçika Krizis Mərkəzindən verilən məlumata görə, 130 nəfər vəfat edib.
Açıqlamada qeyd olunub ki, reanimasiyadakı xəstə sayı 29 nəfər azalaraq, 740-a düşüb.
Bununla da, Belçikada koronavirusdan ölənlərin sayı 7 min 703-ə yüksəlib.