Azərbaycanlılar Münhendə qələbə münasibətilə avtoyürüş keçiriblər

Xəbərlər

17.11.2020 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

Tədbir iştirakçıları xalqımıza sevinc hissini yaşadan hər kəsə minnətdarlığını bildiriblər

 

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimovun təşəbbüsü və Münhendə yaşayan azərbaycanlıların iştirakı ilə Qarabağdakı tarixi qələbəmiz münasibətilə Münhen şəhərinin mərkəzi küçələrində avtoyürüş keçirilib. Bu barədə AYNA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən soydaşlarımız 30 illik işğala son qoyulmasını, qısa vaxtda qazandığımız tarixi qələbəni qürurla qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, müzəffər Azərbaycan ordusunun şücaətinin və xalqın birliyinin nəticəsidir.

 

Tədbir iştirakçıları xalqımıza sonsuz sevinc hissini yaşadan hər kəsə minnətdarlığını bildirib və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş