Azərbaycanda müəllim iki azyaşlı övladı ilə birlikdə dəm qazından ölüb - <font color=red> FOTO</font>

Hadisə

08.03.2021 - 13:12

Bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb

 

Bu gecə Gəncə şəhərində faciəvi hadisə baş verib. AYNA-nın əldə etdiyi məlumata görə, bir ailənin üç üzvü hamamda dəm qazından boğularaq ölüb.

 

Hadisə Yeni Gəncə adlanan ərazidə baş verib. Mərhumların cəsədlərini hamamda yaxınları aşkarlayıblar.

 

Dəm qazından boğularaq ölən şəxslər - Xırdalan şəhər 2 saylı orta məktəbin İngilis dili müəllimi Leyla Məmmədova və onun iki azyaşlı övladı Murad Məmmədov və Xədicə Məmmədovadır. Onlar bayramı qeyd etmək üçün Gəncə şəhərində yaşayan yaxınlarının yanına gediblərmiş. 

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Müəllif: Ayna.az