Azərbaycanda koronavirusa 121 yeni yoluxma: Sağalan 44 nəfərdir

Xəbərlər

14.05.2020 - 16:36

cedabet dərman SEO Xidməti

Ölkədə ümumilikdə 2 min 879 nəfər virusa yoluxub

 

Azərbaycanda koronavirus infeksiyasına daha 121 yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Xəbərdə qeyd olunur ki, hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214.291 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş