Azərbaycan və Ermənistan səlahiyyətliləri arasında görüş keçiriləcək

Xəbərlər

07.12.2020 - 17:42

Bu barədə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bildirib

 

“Vəziyyət sabitləşəndən sonra İrəvan və Bakının ali vəzifəli şəxsləri arasında görüş keçiriləcək”. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ara Ayvazyan deyib.

 

XİN başçısı bildirib ki, görüşlər zamanı Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Müəllif: Ayna.az