Azərbaycan ÜST ilə təcrübə mübadiləsi aparır

Xəbərlər

13.05.2020 - 19:06

cedabet dərman SEO Xidməti

Hikmət Hacıyev: “ÜST-nin Azərbaycandakı nümayəndəliyi ilə çox sıx əməkdaşlığımız var”

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə Azərbaycan Respublikası arasında çox səmərəli əməkdaşlıq qurulub və qeyd etdiyimiz kimi, ÜST-nin rəsmiləri mart ayının əvvəlində ölkəmizə səfər ediblər. AYNA xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

“ÜST-nin Azərbayacana ünvanladığı məktubda da milli, regional və qlobal səviyyədə gördüyü tədbirlər çox yüksək qiymətləndirilir. Qarşıdan gələn dövr ərzində də gördüyümüz tədbirlərin əlaqələndirilməsi, təcrübə mübadiləsinin aparılması nöqteyi-nəzərindən ÜST ilə təmaslarımızı davam etdirəcəyik. ÜST-nin Azərbaycandakı nümayəndəliyi ilə çox sıx əməkdaşlığımız var, həmçinin Avropa regional bürosu ilə təmaslar davam etdirilir”, - Hacızadə bildirib.

 

Administrasiya rəsmisi əlavə edib ki, Azərbaycan qlobal və regional formada koronavrirusa qarşı tədbirlərə tövfə vermək məqsədilə, Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkata üzv olan və ehtiyacı olan ölkələrə dəstəyini davam etdirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş