Azərbaycan neftinin qiyməti bu ilin rekordunu təzələyib

İqtisadiyyat

26.10.2021 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Dünya birjalarında neftin qiymətləri ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,03 dollar azalaraq 85,96 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 83,64 dollar olub.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,5 dollar artaraq 88,19 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 20-də (87,13) qeydə alınmışdı. Ekspertlərin fikrincə, neftin bahalaşmasının səbəblərindən biri bu həftənin sonunda Avropa İttifaqı ilə İran arasında danışıqların keçirilməsinə dair xəbərlərin yayılması olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş