“Artıq “Elçibəy sədaqəti” kimi ideyaların önəmi yoxdur”

Siyasət

17.06.2020 - 22:44

Zəlimxan Məmmədli: “Elçibəy komandasına aid olan partiyaların hərəsi bir tərəfdə biri-birinə qarşı savaşır, bir qismi də parlamentdə oturub, hakimiyyəti legitimləşdirmə siyasətinin içərisindədir”

 

Azərbaycanın ikinci Prezidenti mərhum Əbülfəz Elçibəyin sədrliyi dövründə Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) sədr müavini olmuş Zəlimxan Məmmədlinin son addımı siyasi dairələrdə bir qədər qəribə qarşılandı. Belə ki, Z.Məmmədli keçmiş Səhiyyə naziri Əli İnsanovun təsisçiliyi ilə yaranmış Haqq Ədalət Partiyasına (HƏP) üzv olub. Elə həmin gün də qurumun İdarə Heyətinə seçilən Məmmədli, həm də Ali Məclis sədri vəzifəsini tutub.

 

10 il bundan əvvələ qədər Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri kimi fəaliyyət göstərmiş, sonradan təşkilatda sıravi üzv kimi təmsil olunmuş Z.Məmmədli həm də “Borçalı” Cəmiyyətinin rəhbəridir. O, Cəmiyyətə sədrlikdən sonra siyasətdən kənarlaşdığını açıqlamışdı. Məmmədlinin siyasətə qayıdışı, xüsusən də keçmiş düşərgəsi KXCP-yə deyil, İnsanov kimi keçmiş oliqarxın HƏP-inə üzvlüyü bir çox sualların yaranmasına səbəb olub.

 

Bu addımına görə Z.Məmmədlini tənqid edənlərin sayı dəstəkləyənlərin sayından daha çoxdur. Əksəriyyətin qənaətincə, korrupsioner nazirlərdən olmuş, həbsdən çıxandan sonra partiya yaradaraq hökumətdən qisas almaq görüntüsü yaratmış İnsanovun yanında yer almaq, onun qisasçılığına dəstək vermək doğru addım deyil. “Elçibəy komandasının ləyaqətli, təmiz şəxslərindən birinin, İnsanov kimi odioz fiqurun yanında yer alması anlaşılan deyil”, - fikirləri sosial şəbəkələrdə səngimək bilmir. “Siyasətlə məşğul olmaq istəyirdisə, elə KXCP-də fəaliyyət göstərərdi, niyə İnsanovun HƏP-i?”, - söyləyənlər də az deyil.

 

AYNA bütün bu sualları Z.Məmmədlinin özünə ünvanladı. Yeni HƏP-çi müsahibəsində maraqlı məqamlara toxundu.

Anar Bayramoğlu