Antisanitar şəraitdə fəaliyyət göstərən içki sexi aşkarlanıb – <font color=red> FOTOLAR</font>

Xəbərlər

09.06.2020 - 17:51

cedabet dərman SEO Xidməti

Qida Təhlükəsizliyi Agentliyi reyd keçirib

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir. AQTA-dan AYNA-ya verilən xəbərə görə, daxil olan məlumat əsasında agentliyin əməkdaşları Bərdə rayonunda Qarabağ küçəsi, 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiqi Namik Məmməd oğluna məxsus olan “Gogi” əmtəə nişanlı alkoqolsuz içki istehsalı sexində reyd keçiriblər.

 

Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

 

Bundan əlavə, sexdə istifadə edilən xammalların mənşəyi və keyfiyyəti barədə təsdiqedici sənədlərin olmadığı, alkoqolsuz içkilərin saxlama müddəti 30 gün olduğu halda məhsulun üzərində 180 gün qeyd olunduğu, texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi və bütün prosesin eyni sahədə həyata keçirildiyi müəyyən edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş