Ağacları məhv edən müəssisə cəzalandırılıb

Xəbərlər

01.09.2020 - 12:31

Toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

 

Xətai rayonunun Nobel prospekti, 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

 

AYNA-nın xəbərinə görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, həmin ünvanda “Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14 min 880 manat məbləğində ziyan dəydiyi müəyyən olunub: “Faktla bağlı müəssisə barəsində akt tərtib edilib”.

 

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - deyə Əlizadə vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş