ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Xəbərlər

03.10.2026 - 20:56

İdarə sərnişinləri platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırıb

Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar müvafiq tədbirlər görür. AYNA.AZ-ın məlumatına görə, ADY-dən bildirilib ki, hazırda əməkdaşlar tərəfindən dəmir yolu ərazilərinə nəzarət edilir.

Qeyd olunub ki, qatarlar hərəkətini qrafik üzrə davam etdirir.

ADY sərnişinləri hava şəraitinin görmə məsafəsini məhdudlaşdıra və yer səthini sürüşkən edə biləcəyini nəzərə alaraq, platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş