"Biz üzərimizə düşəni edəcəyik, əczaçılıq məhsullarına rüsumlar tətbiq edəcəyik"
Vaşinqton ABŞ-a xarici ölkələrdən idxal edilən əczaçılıq məhsullarına gömrük rüsumları tətbiq etməyi planlaşdırır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz üzərimizə düşəni edəcəyik, əczaçılıq məhsullarına rüsumlar tətbiq edəcəyik", - ABŞ Prezidenti Respublikaçılar Milli Komitəsi üçün ianə toplama mərasimində çıxışı zamanı qeyd edib.
Trampın sözlərinə görə, tariflərin tətbiqi yaxın vaxtlarda elan ediləcək. Prezident bildirib ki, Amerika bazarı böyükdür və bu, onun üstünlüyüdür.