Ər-Riyaddakı danışıqların yekunlarına dair birgə bəyanat veriləcək
Rusiya və ABŞ nümayəndələrinin Ər-Riyad görüşü 12 saatdan çox davam edən məsləhətləşmələrdən sonra başa çatıb. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə Rusiya nümayəndə heyətindəki mənbə məlumat verib.
Bildirilib ki, Ər-Riyaddakı danışıqların yekunlarına dair birgə bəyanat bu gün veriləcək.