Skot Ritter: “Bütün detallar birbaşa Donald Tramp və Vladimir Putin arasında müzakirə olunub”
“Ukrayna ilə ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar Avropa üçün tələ oldu”. AYNA.AZ xəbər verir ki, bu sözləri amerikalı keşmiş kəşfiyyatçı Skot Ritter deyib.
Onun sözlərinə görə, görüşün məqsədi Avropa ölkələrini münaqişənin alovlanmasını dayandırmağa və sülh yolu ilə nizamlanmanı müzakirə etməyə məcbur etmək olub.
Ritterin sözlərinə görə, danışıqlar əvvəlcədən planlaşdırılıb və bütün detallar birbaşa Amerika lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında müzakirə olunub.
O qeyd edib ki, görüşdən sonra Avropa liderləri Ukraynada atəşkəs əldə olunmasını müdafiə etməyə başlayıblar: “Baxmayaraq ki, bundan əvvəl Rusiyanı hərbi məğlubiyyətə uğratmağa çağırıblar. Məsələ ondadır ki, ABŞ Avropanı tərk edir, lakin bunun baş verməsi üçün Avropa ilə Rusiya arasında sülh lazımdır. Ona görə də bu tələni qurmaq çox vacib idi: Avropanı münaqişənin gərginləşməsi yolundan əl çəkməyə və sülh danışıqlarına başlamağa məcbur etmək”.
Qeyd edək ki, martın 11-də Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında danışıqlar aparılıb və bu danışıqlarda Kiyev Vaşinqtonun 30 günlük müvəqqəti atəşkəs tətbiq etmək təklifini qəbul edib.