ABŞ təyyarəsi Rusiya sərhədləri yaxınlığında kəşfiyyat aparıb

Dünya

02.05.2021 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Təyyarə Rusiya nüvə sualtı qayıqlarının bazasının yerləşdiyi Avaçinskaya körfəzinin yaxınlığında görünüb

 

ABŞ Hərbi Hava Qüvvələrinin “RC-135V” strateji kəşfiyyat təyyarəsi Rusiyanın Uzaq Şərq sərhədlərindəki Kamçatka yaxınlığında uzun bir uçuş həyata keçirib. AYNA xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

 

Qərb aviasiya qaynaqlarına görə, Amerika elektron kəşfiyyat təyyarəsi Alyaskadakı Eilson Hava Qüvvələrinin bazasından havaya qalxıb. Onun marşrutu Kamçatkanın cənub-şərq sahillərini əhatə edib.

 

Təyyarə Rusiya nüvə sualtı qayıqlarının bazasının Vilyuçinsk şəhərində yerləşdiyi Avaçinskaya körfəzinin yaxınlığında görünüb.

 

Bundan əvvəl Rusiyanın “MiQ-31” qırıcısının Barents dənizi üzərində ABŞ və Norveç patrul təyyarələrini müşahidə etdiyi barədə məlumat verilmişdi. Təyyarələr Rusiyanın dövlət sərhədlərini keçməyib.

 

Qeyd edək ki, 1960-cı illərdən bu yana “RC-135V” təyyarələri Vyetnam, Liviya və İraq da daxil olmaqla ABŞ Ordusunun bütün hərbi əməliyyatlarında iştirak edir. “Soyuq müharibə” dövründə bu təyyarələr Sovet hava hücumundan müdafiə sistemlərini izləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş